Ötən gün 116 nəfər şənliyə buraxılmayıb

Xəbər - Samir Əli – Trend:

Martın 4-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi
Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində
222 toy şənliyinin monitorinqini həyata keçirib.

AzerTimes xəbər verir ki,
monitorinq 219 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən
şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində
xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
– 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə
rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması)
maddəsinə əsasən cərimə olunub;
– 116 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə
buraxılmayıb.

Teqlər: