Ötən gün 100-dən çox toyda monitorinq keçirilib

Xəbər - Samir Əli – Trend:

Fevralın 15-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi
Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində
105 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə,
monitorinq şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.


Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində
xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 29 nəfər
“COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Teqlər: