Ötən ay zəhərlənmələrdən 8 nəfər ölüb

Xəbər - Samir Əli – Trend:

Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı
716 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu AzerTimes-a
açıqlamasında bildirib ki, onlardan 118-si Toksikologiya şöbəsinə
qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərildikdən
sonra evə buraxılıb.

Qəbul olan xəstələrdən 55-i dərmandan, 14-ü sirkə turşusundan,
13-ü dəm qazından, 11-i etil spirtindən, 1-i göbələkdən zəhərlənib.
Digərlərindən 10-u anaflaksiya səbəbindən, 7-si allergik
reaksiyadan, 7-si isə botulizm səbəbindən xəstəxanaya
yerləşdirilib.
Zəhərlənən şəxslərin 54-ü qadın, 50-si kişi, 14-ü uşaq olub.
Həkimlərin səylərinə baxmayaraq, 116 nəfərdən (3 qadın, 5 kişi)
8-nin həyatını xilas etmək mümkün olmayıb.

Teqlər: