Ötən ay yüksək iqtisadi dinamika müşahidə olunan sektorlar açıqlanıb

Yanvar ayı üzrə ÜDM-in tərkibində əlavə dəyərin real artımı,
əsasən, turizm, ictimai iaşə, emal sənayesi, nəqliyyat, informasiya
və rabitə sahələrində olub.

AzerTimes-ın məlumatına görə,
bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində
bildirib.

“Bu sektorlarda ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksək
dinamika qeydə alınıb”, – nazir yazıb.

Teqlər: