Ötən ay xaricdə təhsil alan 27 nəfərin diplomu tanınmayıb

Mart ayı üçün xarici diplomların tanınması üzrə müraciətlərin
statistikası açıqlanıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən Trend-ə məlumata görə, ötən ay 98 müraciətçinin
71-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim
edilib, 27 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi
ilə 17, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin
ərazisində kifayət qədər olmaması səbəbi ilə 4, təhsil ölkəsində
tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin
qənaətbəxş olmaması səbəbi ilə 3, digər səbəblər üzrə 3 nəfərin
müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 31,
Ukraynadan 30, Türkiyədən 18, Gürcüstandan 7, Latviya 3, digər
ölkələrdən isə 9 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə
12, iqtisadiyyat üzrə 7, menecment üzrə 6, tibb üzrə 6, maliyyə və
kredit üzrə 4 nəfər müraciətçi qeydə alınıb.

Teqlər: