Yanvarda Azərbaycan vətəndaşları ən çox Türkiyəyə səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Bildirilib ki, ötən ay xarici ölkələrə ümumilikdə 147,7 min nəfər vətəndaş səfər edib.
Belə ki, onlardan 36,6 %-i Türkiyə, 22 %-i Rusiya, 10,6 %-i Gürcüstan, 8,2 %-i — İran, 22,6 %-i isə digər ölkələrin payına düşür.