Ötən ay sosial müavinət alanların 85 faizi qadınlar olub

Xəbər - Çingiz Səfərli – Trend:

2021-ci ilin oktyabr ayı ərzində yaşa görə aylıq sosial müavinət alanların sayı 113 min nəfərdən çox olub.

Bu barədə AzerTimes-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumata görə, onların 15,1%-ni kişilər, 84,9%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində 96,4 min nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub. Onların 53,7%-ni kişilər, 46,3%-ni isə qadınlar təşkil edib.

Teqlər: