Ötən ay icbari tibbi sığorta üzrə 2 milyondan çox tibbi xidmət göstərilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2022-ci ilin mart
ayında icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki və
müqaviləli (özəl) tibb müəssisələrində vətəndaşlara göstərilən
tibbi xidmətlərlə bağlı statistik göstəriciləri açıqlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, mart ayında
dövlət tibb müəssisələrinə 646 386 şəxs 1 063 170 dəfə müraciət
edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 2 397 417
olub. Tibbi xidmətlərin 81 %-i ambulator, 19 %-i stasionar şəraitdə
göstərilib.

Pasiyentlərin 27 %-ni uşaqlar, 73 %-ni böyüklər təşkil edib.
Pasiyentlərin müraciəti əsasən ümumi tibbi müayinə, qan dövranı
sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, tənəffüs
sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sidik-cinsiyyət
sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici
toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, habelə sinir
sistemi xəstəlikləri ilə bağlı olub.

Teqlər: