Ötən ay əhaliyə göstərilən tibbi xidmətlərin sayı açıqlanıb

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri
tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik)
təqdim edilən ilkin hesabatlara əsasən cari ilin yanvar ayı ərzində
58 şəhər və rayonda 421 134 vətəndaşa 1 488 464 tibbi xidmət
göstərilib.

Agentlikdən AzerTimes-a bildirilib ki, bu müddətdə tibb müəssisələrinə
655 626 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi
xidmətlərin 1 295 394-ü ambulator, 193 070-i isə stasionar şəraitdə
göstərilib.

2022-ci ilin yanvar ayı üzrə sözügedən inzibati ərazi
vahidlərində əhaliyə göstərilən tibbi xidmətlərə dair bir neçə
statistik göstəricini təqdim edirik:

Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan
müraciət sayına əsasən ilk onluqda yer alan şəhər və rayonlar:
Mingəçevir (442), Gəncə (249), Balakən (220), Şirvan (205), Yevlax
(203), Beyləqan (193), Qəbələ (169), Göyçay (160), Qax (158) və
Göygöl (154).

Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə
müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların
müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan
dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri,
maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət
sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və
əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və
ginekologiya, gözün və gözün əlavə aparatının xəstəlikləri və
müəyyən simptomlarla bağlı olub.

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə
Şəhər Birləşmiş Xəstəxanası (161 586), Mingəçevir Şəhər Mərkəzi
Xəstəxanası (120 219), Yevlax (70 147), Qəbələ (53 434), Xaçmaz (52
792), Quba (51 908), Bərdə (49 850), Göyçay (46 397), Beyləqan (40
576) və Ağdaş (40 459) rayon mərkəzi xəstəxanaları.


Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk
onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi
Xəstəxanası, Yevlax, Qəbələ, Xaçmaz, Bərdə, Quba, Göyçay, Beyləqan
və Zaqatala rayon mərkəzi xəstəxanaları.

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk
onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi
Xəstəxanası, Quba, Xaçmaz, Lənkəran, Bərdə, Şəki rayon mərkəzi
xəstəxanaları, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Ağdaş və Ağcabədi
rayon mərkəzi xəstəxanaları.

Məlumat üçün bildirək ki, bütün ölkə üzrə yanvar ayı ərzində 681
604 nəfərə 1 166 659 müraciət üzrə 2 584 895 tibbi xidmət
göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 2 101
326-sı ambulator, 483 569-u isə stasionar şəraitdə göstərilib. Bu
xidmətlərin 1 861 124-dən (72%) böyüklər, 723 771-dən (28%) isə
uşaqlar istifadə edib.

01.01.2021-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari
tibbi sığortanın tətbiq edildiyi 58 inzibati ərazi vahidləri üzrə
qeydiyyatda olan əhalinin sayı 6 milyon 600 min 100 nəfər təşkil
edir.

Teqlər: