Ötən ay bir ailəyə ödənilən sosial yardımın məbləği 16,7 faiz artıb

Xəbər - Çingiz Səfərli – Trend:

2021-ci ilin dekabr ayında orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği artaraq 239,9 manatdan 279,9 manata çatıb.

Bu barədə AzerTimes-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 % artım deməkdir.


Qeyd edək ki, bir müddət əvvəl ölkə başçısının imzaladığı müvafiq sərəncamla Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödənilib. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 2021-ci il dövlət büdcəsində ünvanlı sosial yardım üçün nəzərdə tutulmuş vəsaitdən 4,8 milyon manat ayrılıb. Sərəncam ünvanlı sosial yardım alan, 200 mindən çox ailə üzvü olan 47 min ailəni əhatə edib.

Teqlər: