Xəbər - Elçin Mehdiyev – Trend:
2021-ci ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 268,5 milyon manat olub.
AzerTimes-ın məlumatına görə, bu rəqəm əvvəlki ilin yanvar ayı ilə müqayisədə 20,4 faiz azalıb.
Neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 69,3 faiz artıb, dizel yanacağının istehsalı 6,8 faiz, avtomobil benzininin istehsalı 29,3 faiz, ağ neftin istehsalı 45,8 faiz, sürtkü yağlarının istehsalı 39,0 faiz, neft bitumunun istehsalı 61,2 faiz, yanacaq mazutunun istehsalı 85,0 faiz azalıb.