Xəbər - Sədrəddin Ağcayev – Trend:
2021-ci ilin iyun ayında Azərbaycanda kibertəhlükəsizliklə bağlı 337 müraciət edilib.
AzerTimes bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, iyun ayı ərzində mərkəzə daxil olan sorğulardan 96 faizinə (324 müraciət) baxılıb və təmin edilib.
Mərkəzdən verilən məlumata görə, ötən ay Azərbaycan internet məkanında dövlət qurumlarına aid 2 domen və 3 subdomen qeydiyyatdan keçib.
Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 10 hesabat təqdim edilib.
Qeyd edək ki, 2020-ci il ərzində kibertəhlükəsizliklə bağlı müraciətlərin ümumi sayı 4 989 olub. Dövr ərzində ümumi sorğuların 97 faizi baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 244 hesabat təqdim edilib. Ötən il Azərbaycanın internet seqmentində 50 domen və 155 subdomen qeydiyyata alınıb.
(Tərcümə: Orxan Nəbiyev)