Ötən ay 51 şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb

Xəbər - Samir Əli – Trend:

Bu ilin yanvar ayı ərzində prokurorluq orqanları tərəfindən 51
şəxs barəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumastda bildirilir ki, Baş
Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks
etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial
şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.

Bu günün rəqəmi isə 51-dir.


Belə ki, 2022-ci ilin yanvar ayı ərzində prokurorluq orqanları
tərəfindən 51 şəxs barəsində başlanmış cinayət işinin istintaqı
tamamlanıb.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər
yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin
izlənilməsi tövsiyə olunur.

Teqlər: