Ötən ay 2667 nəfərə yaşa görə əmək pensiyası təyin olunub

2022-ci ilin mart ayında 2667 nəfərə proaktiv qaydada yaşa görə
əmək pensiyası təyin olunub.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat
verilib.

Qeyd edilib ki, onların 54,4%-ni kişilər, 45,6%-ni isə qadınlar
təşkil edib.

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, pensiya yaşına çatmış
şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya
kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya
təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu
pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı
olduqda yaşa görə əmək pensiyası hüququ var.

Hazırda kişilər üzrə pensiya yaşı 65 il, qadınlar üzrə isə 62 il
6 aydır. Qeyd edək ki, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən
başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Teqlər: