Ostinlə görüşdüm, İsveçin NATO-ya üzv olması… – Yonson

Ostinlə görüşdüm, İsveçin NATO-ya üzv olması… – Yonson

İsveç iyulda Vilnüsdə keçiriləcək sammitə kimi NATO-ya üzv olmağı gözləyir.

AzerTimes xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Yonson deyib.

“İsveç bununla bağlı güclü dəstək qazanıb. Mən 2 gün əvvəl ABŞ-dan olan həmkarım Lloyd Ostinlə görüşdüm. O dedi ki, Vilnüs sammitinə qədər İsveçin NATO-ya üzv olması vacibdir”, – nazir bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl açıqlamasında vurğulayıb ki, İsveç Türkiyənin tələblərini yerinə yetirməsə, NATO-ya üzvlüyü ratifikasiya edilməyəcək.

Teqlər: