Brüsseldə keçirilən Ramşteyn-3 təmas qrupunun görüşündə ABŞ, Avropa Birliyi və Böyük Britaniya tərəfi bildirdilər ki, Rusiya üzərində qələbə çalana qədər Ukraynaya hərbi dəstəyi dayandırmayacaqlar.
AzerTimes xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
“Mən bunu dünən eşitdim və tam səmimiyyətlə hiss etdim, ABŞ-ın müdafiə naziri Lloyd Ostinin gözlərini gördüm. Onların heç vaxt dayanmayacağını anladım. Fikrimcə, onlar bu qələbədə tərəfdaş olmaq istəyirlər”, – Reznikov bildirib.