Ukrayna müdafiə naziri Aleksey Reznikov və Pentaqon rəhbəri Lloyd Ostin Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasından əvvəl görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin Tvitter hesabında yazıb.
Görüş Ramşteyn aviabazasında baş tutub.
“Mənim yaxşı dostum və ukraynalı həmkarım Aleksey Reznikovla ünsiyyət qurmaq həmişə xoşdur. Ötən il ərzində Ukrayna Müdafiə Əlaqə Qrupunun üzvləri Ukrayna üçün çox böyük imkanlar yaradıblar. Biz nə qədər lazımdırsa, ona dəstək olacağıq”, – o qeyd edib.