ABŞ müdafiə naziri Lloyd Ostin və İsrailin müdafiə naziri Yoav Qallant şənbə və bazar günləri çoxsaylı telefon danışıqları zamanı İsrailin Hizbullahla münaqişəsini müzakirə ediblər.
AzerTimes xəbər verir ki, bu barədə İsrail hökumətindən məlumat verilib.
“Danışıqlar zamanı Ostinə İsrailin Beyruta endirdiyi zərbələr və Hizbullah komandiri İbrahim Aqilin öldürüldüyü barədə məlumat verilib”, – məlumatda qeyd olunub.