Ostin Qallantla danışdı, Hizbullaha çağırış etdi

Ostin Qallantla danışdı, Hizbullaha çağırış etdi

ABŞ Müdafiə naziri Lloyd Ostin İsrail müdafiə naziri Yoav Qallant ilə telefon danışığı aparıb.

AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ostin İsrail ordusunun hərəkətləri ilə bağlı son məlumatı alıb və Livan Hizbullah hərəkatını hücumları dayandırmağa çağırıb.

Bundan əlavə, Pentaqon rəhbəri Qallanta qarşıdan gələn hərbi yardım barədə də məlumat verib.

Teqlər: