Oktyabrın 13-də İsrailin müdafiə naziri Yoav Qallantla danışdım və bu gün Hizbullahın PUA hücumu nəticəsində İsrail əsgərlərinin həlak olması ilə bağlı başsağlığı verdim.
AzerTimes xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin X hesabında yazıb.
“Mən həmçinin BMT sülhməramlı qüvvələrinin və Livan ordusunun təhlükəsizliyi və müdafiəsinin təmin edilməsinin vacibliyini bir daha təsdiqlədim və Livandakı hərbi əməliyyatlardan mümkün qədər tez diplomatik yola keçməyin zəruriliyini vurğuladım”, – Ostin bildirib.
Pentaqon rəhbəri ABŞ-ın İsrailin təhlükəsizliyinə dönməz və sarsılmaz sadiqliyini bir daha təsdiqlədiyini də vurğulayıb.
Qeyd edək ki, Hizbullah ötən gün axşam saatlarında Hayfanın cənubundakı hərbi bazaya PUA ilə zərbə endirib. Nəticədə 67 əsgər yaralanıb, 4 əsgər isə ölüb.