Ostin İsraildə: İrana qarşı qərar qəbul edildi

Ostin İsraildə: İrana qarşı qərar qəbul edildi

Pentaqon rəhbəri Lloyd Ostin və İsrail Baş naziri Benyamin Netanyahu İran aqressiyasına qarşı əməkdaşlığı genişləndirmək barədə razılaşıblar.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat yayılıb.

“Tərəflər İrandan regiona gələn təhdidi müzakirə edib və İranın aqressiyasına qarşı əməkdaşlığın genişləndirməsi razılığına gəliblər”, – məlumatda bildirilir.

Ostin İranın nüvə silahı əldə etməsinə imkan verilməməsi ilə bağlı ABŞ-ın mövqeyini təsdiqləyib.

Qeyd edək ki, Ostin israilə bu gün səfər edib.

Teqlər: