Ostin ikinci dəfə İsrail müdafiə nazirinə zəng etdi

Ostin ikinci dəfə İsrail müdafiə nazirinə zəng etdi

Pentaqon rəhbəri Lloyd Ostinlə İsrailin müdafiə naziri Yoav Qallant arasında gün ərzində ikinci telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Pentaqondan məlumat verilib.

“Müdafiə naziri Lloyd Ostin bu gün ikinci dəfə İsrailin müdafiə naziri Yoav Qallantla danışıb və İranın misli görünməmiş hücumu fonunda ABŞ-ın İsrailin müdafiəsinə sarsılmaz dəstəyini təsdiqləyib”, – məlumatda qeyd olunub.

Məlumata görə, nazirlər İranın hücumunu dəf etmək üçün görülən mühüm müdafiə tədbirləri və güclü əməkdaşlığı müzakirə ediblər.

Teqlər: