Pentaqon rəhbəri Lloyd Ostin xəstəxanadan evə buraxıldıqdan sonra tam ştatda işinin başına qayıtmayıb.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx brifinqdə bildirib.
O bildirib ki, Ostin işə qayıdan kimi bu barədə mətbuata məlumat veriləcək.
Qeyd edək ki, yanvarın 1-də Uolter Rid Milli Tibb Mərkəzinə yerləşdirilmiş ABŞ-ın müdafiə naziri bir neçə gün sonra evə buraxılmışdı.
Ostinin prostat xərçəngindən müalicə aldığı bildirilir.