Pentaqonun rəhbəri Lloyd Ostin polşalı həmkarı Mariuş Blaşçakla telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Danışıq zamanı Lloyd Ostin ABŞ-ın avqustun 1-də Belarus helikopterlərinin ölkənin hava məkanına müdaxiləsinə cavab olaraq Polşanı dəstəklədiyini bildirib.
Tərəflər həmçinin “Vaqner”in Belarusda olması ilə bağlı müzakirələr aparıblar.