Ostin avropalı həmkarları ilə Rusiyanı müzakirə etdi

Ostin avropalı həmkarları ilə Rusiyanı müzakirə etdi

Pentaqon rəhbəri Lloyd Ostin Böyük Britaniya, Almaniya, Kanada, Polşa və Fransadan olan həmkarları ilə Rusiyadakı vəziyyəti müzakirə edib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder deyib.

Onun sözlərinə görə, Pentaqonun rəhbəri ABŞ-nin Ukraynaya dəstəyində heç bir dəyişikliyin olmayacağını da vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Co Bayden Böyük Britaniya, Almaniya və Fransa liderləri ilə Rusiyadakı vəziyyəti müzakirə edib.

Teqlər: