ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin İrəvana işgüzar səfəri başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Xarici işlər naziri Ararat Mirzoyan və Buyar Osmani arasında təkbətək görüş başlayıb, ardınca isə geniş tərkibdə görüş keçirilib”, – məlumatda deyilir.
Qeyd edək ki, B.Osmani İrəvana Bakıdan gedib.