“Oskar” mərasimi zamanı dava ilə bağlı insident araşdırılacaq

ABŞ Kino Akademiyası lazımi tədbirləri görmək üçün “Oskar”
mükafatının təqdim etmə mərasimi zamanı Uill Smitin Kris Roka
hücumu ilə bağlı insidenti araşdıracaq.

AzerTimes-ın
məlumatına görə, bu barədə akademiyanın yaydığı açıqlamada
bildirilib.

“Akademiya Cənab Smitin hərəkətlərini qınayır. Biz rəsmi olaraq
insidentlə bağlı araşdırmaya başlamışıq və qaydalarımıza və
standartlarımıza uyğun olaraq sonrakı addımları və baş verənlərin
nəticələrini araşdıracağıq”, – deyə qeyd olunub.

Qeyd edək ki, ötən gün U.Smit onun həyat yoldaşının xəstə olması
ilə bağlı pis zarafat etdikdən sonra canlı TV-də K.Rokun üzünə
sillə vurdu.