Oskanyanın oğluna cinayət işi açıldı

Oskanyanın oğluna cinayət işi açıldı

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın oğlu Ara Oskanyana qarşı dələduzluqla bağlı cinayət işi başlanıb.

AzerTimes xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumatda Ara Oskanyanın həbs qoyulan əmlakı satmaqda ittiham edildiyi bildirilib.

O, 2017-ci ildə borcu olan şəxsi oğurlamaq şübhəsi ilə saxlanılıb. Lakin sonradan iş bağlanıb.

Teqlər: