Abxaziya və Cənubi Osetiyanın birləşməsi ilə respublikanın ərazi bütövlüyünün dinc yolla bərpası tamamilə realdır.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“1988, 1989 və hətta 1990-cı ildə heç kim Sovet İttifaqının dağılacağına inanmırdı, lakin 1991-ci ilin sonunda dağıldı. Çox şey konkret proseslərdən asılı olacaq. Mən hesab edirəm ki, Gürcüstanın ərazi bütövlüyünün dinc yolla bərpa edilməsi tamamilə realdır”, – Kobaxidze bildirib.