Rusiyanın Oryol vilayətinə PUA ilə hücum olub.
AzerTimes xəbər verir ki, bunu vilayətin qubernatoru Andrey Klıçkov deyib.
O qeyd edib ki, PUA-lar yanacaq-energetika kompleksinə zərbələr endirib və yanğın baş verib.
A.Klıçkov yanğının lokallaşdırıldığını və 2 PUA-nın zərərsizləşdirdiyini söyləyib.
Qubernatorun sözlərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Vəziyyət nəzarət altındadır.
O, şəhər sakinlərinə ayıq-sayıq olmaları barədə çağırış edib.