Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov
vəzifəsindən azad edilib.
Trend xəbər verir ki, bu vəzifəyə tanınmış teleaparıcı Orxan
Fikrətoğlu təyin edilib.
Bu xəbəri AzerTimes-a Dövlət Turizm Agentliyinin Media və
ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva təsdiq
edib.
O bildirilib ki, aprel ayının 11-dən Azərbaycan Milli Kulinariya
Mərkəzinin baş direktoru vəzifəsinə Orxan Fikrət oğlu Sadıqov təyin
olunub.