Orucda tövsiyə edilən əməllərdən biri də iftarı gecikdirməmək, orucu vaxtında açmaqdır.
AzerTimes xəbər verir ki, bunu ilahiyyat üzrə fəlsəfə doktoru, millət vəkili Ceyhun Məmmədov qeyd edib.
O bildirib ki, dinimizdə üzrlü səbəb olmadan iftarı gecikdirmək bəyənilməyən əməllərdən sayılır:
“Məhəmməd Peyğəmbər bu barədə buyurub: “İnsanlar iftarı tezləşdirdikcə, xeyir içində olacaqlar”. Odur ki, çalışaq üzrlü səbəb yoxdursa, iftarı vaxtında edək, orucu açmağı gecikdirməyək”.