Ortaq türk əlifbası məktəblərdə nə zaman tədris olunacaq?

Ortaq türk əlifbası məktəblərdə nə zaman tədris olunacaq?

Türk dili ilə bağlı ortaq əlifba bu yaxınlarda təsdiqləndi. Bizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində filologiya, türk dili və ədəbiyyatı müəllimliyi üzrə kadr hazırlığı bir neçə müddədir başlayıb. Azərbaycanda türkdilli məktəblərin də tədricən yaradılması gözlənilir. Bu məktəblər fəaliyyətə başlayacaqlarsa, həmin müəssisələrdə konkret olaraq türk dili tədris olunacaq və ortaq türk əlifbasından istifadə olunacaq. Bu istiqamətdə iş görülür.

Bu sözləri AzerTimes-a açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi Azərbaycan tədris müəssisələrində ortaq türk əlifbasının nə zamandan tədris olunacağı haqda danışarkən deyib.

Onun sözlərinə görə, bu, hər bir türk dövlətinin Elm və Təhsil nazirliklərinin ümumi qəbul etdikləri qərar əsasında nəzərdə tutulur və yaxın illərdə bu prosesə start veriləcək:

“Orta məktəblərində də türk dili dəsrləri tədris olunmalıdır. Yəqin ki, yaxın vaxtlarda buna nazirlik tərəfindən aydınlıq gətiriləcək. Ondan sonra bəlli olacaq ki, hansı tədris müddətində və nə zaman tədris olunacaq. Bunu qarşıdakı dövr ərzində biləcəyik. Amma hazırda bununla bağlı konkret qərar yoxdur”.

Elm və Təhsil Nazirliyindən saytımızın sorğusuna cavab olaraq bildirib ki, həmin məsələ Azərbaycan Respublikasının qanunvericiliyində rəsmi həllini tapdıqdan sonra müvafiq addımlar atılacaq.

Teqlər: