Orta aylıq pensiya 363 manata, yaşa görə orta aylıq pensiya 394 manata çatıb

Sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların
məbləğində artım 2022-ci ilin ilk rübündə də davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu ilin
yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği daha 9,4 faiz
artaraq 1 aprel tarixinə 363 manata, o cümlədən yaşa görə
pensiyaların orta aylıq məbləği 9,1 faiz artaraq 394 manata
çatıb.

Ümumilikdə, həyata keçirilən ardıcıl sosial islahat paketləri
pensiyalarda ciddi artıma imkan verib.

Son üç ildə minimum pensiya 2,2 dəfə artıb. Həmçinin 2018-ci
ildən ötən dövrdə orta aylıq pensiyada 75 faiz, o cümlədən yaşa
görə orta aylıq pensiyada 70 faiz artım baş verib.

Teqlər: