Orqanizmi toksinlərdən təmizləmə üsulu

Orqanizmi toksinlərdən təmizləmə üsulu

Hindistan təbabətində orqanizmi ziyanlı maddələrdən, toksinlərdən təmizləmək üçün bir çox effektli detoks reseptləri mövcuddur.

Bunlardan birini sizlərə təqdim edirik.

İnqrediyentlər:
– yarım litr su
– 1 xörək qaşığı bal
– yarım çay qaşığı zəncəfil
– yarım çay qaşığı darçın
– yarım çay qaşığı sarıkök
– 1 limonun şirəsi
– 10 yarpaq nanə

Hazırlanması:
Ədviyyatları və nanəni şüşə qaba tökün, üzərinə qaynar su tökün, qapaqla bağlayın. İlıq olanda dəmləməni süzün, bal və limon şirəsini əlavə edin, qarışdırın.

Bu faydalı içkini gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 stəkan olmaqla için. Müalicə müddəti – 3 gün.