Orqanizmdə iltihabı azaldan 7 qida…

Orqanizmdə iltihabı azaldan 7 qida…

Bu qidaları çox miqdarda yemək lazımdır ki, bədəndə iltihab azalsın. Çünki iltihab xroniki xəstəlik və xərçəngin səbəbidir.

AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, diyetoloq Trista Best antioksidant təsirli ən güclü qidaları açıqlayıb.

“İltihab əslində immun sistemin təbii reaksiyasıdır, bu o deməkdir ki, proses gedir və immunitet bacarmır. Xroniki iltihab ürək, damar, diabet və xərçəngə gətirib çıxarır.

Bu riski gənc yaşdan azaltmaq lazımdır.

Bunun üçün mükün qədər çox tərəvəz, meyvə, giləmeyvə yemək lazımdır.

İltihabı azaldanlar – sitrus meyvələri, böyürtkən, moruq, çiyələk, qaragilədir.

Mütləq rasiona kivi, qreypfrut, ananas daxil etmək lazımdır. Tropik meyvələrdə bromealyn adlı ferment var, o, güclü iltihabəleyhinə təsiri ilə məşhurdur, bədəndəki artıq yağı, piyi yuyur. Bu meyvədə immunitet üçün vacib olan bütün vitaminlər var.

Ananas artrit, revmatizm, həzm sistemi xəstəlikləri üçün dərmandır.

E vitamini və mono yağlarla zəngin avokado da qanda şəkəri salır, iltihabı azaldır.

C vitamini ilə zəngin kivi, portağal da vacibdir. Çünki gündə 500 mq vitamin C iltihabı azaldır.

Alma, gilas və albalı da podaqra, revmatoid artrit xəstələri üçün vacibdir. Alma kversetin mənbəyidir, antioksidant təsiri var”, – həkim bildirib.

Teqlər: