50-dən çox erməni hərbçisi dövlətə xəyanətdə ittiham olunur.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“İllər ərzində ordunun şərəfinə sağlıqlar deyirdik; indi baş verənlər nədir? Ardıcıl cinayət işlərini nəzərdə tuturam. Belə çıxır ki, bizim üçün koordinatları tərtib edən şəxs Azərbaycan kəşfiyyatına işləyib və bizə yanlış koordinatlar verib”, – Paşinyan bildirib.
Paşinyan 20 km əvəzinə, cəmi 10 km atan mərmilərin alınmasını da xəyanət kimi qiymətləndirib.