Rusiya ordunun “Oreşnik” raketlərinə olan ehtiyacını ödəmək üçün hər cür imkana malikdir.
AzerTimes xəbər verir ki, bunu “Roskosmos”un baş direktoru Yuri Borisov deyib.
“Yüksək dəqiqlikli sistemlərə gəlincə, son iki il və ya daha çox müddətdə biz bu tip silahların istehsalını bir neçə dəfə artırmışıq. Müdafiə Nazirliyini lazımi sayda “Oreşnik”lə təmin etmək üçün bütün imkanlarımız var”, – Borisov bildirib.