Ordumuzun təlimindən mesaj almalı olanlar… – İran

Ordumuzun təlimindən mesaj almalı olanlar… – İran

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qərbi Azərbaycan vilayətində keçirilən təlimləri qonşu ölkələrə qarşı yönəlməyib.

AzerTimes xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani həftəlik mətbuat konfransında bildirib.

“Silahlı qüvvələrimizin bölgədəki təlimləri heç bir qonşu dövlətə qarşı yönəlməyib… İranın hərbi təlimləri ilə bağlı mesaj almalı olanlar artıq bunu alıblar və yenidən alacaqlar”, – Kənani deyib.

Xatırladaq ki, oktyabrın 17-də İran İslam İnqilabı Keşikçiləri Korpusu Araz çayı ərazisində quru qoşunlarının hərbi təlimlərinə başlayıb. Manevrlər bir neçə gün davam edib.

Ötən gün isə təlimlər Türkiyə və İraq sərhədində davam edib.

Teqlər: