Bu gün Azərbaycan Ordusunun 3 avqust 2022-ci il tarixində həyata keçirdiyi “Qisas” anti-terror əməliyyatından 1 il ötür.
AzerTimes xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 2022-ci ilin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusu mövqelərini intensiv atəşə tutması nəticəsində müddətli həqiqi hərbi qulluqçu əsgər Anar Rüstəm oğlu Kazımov aldığı güllə yarasından şəhid olmuşdu.
Bundan dərhal sonra Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə sarsıdıcı zərbələr endirilərək şəhidimizin qisası layiqincə alındı.