Ordumuzun qatıldığı təlim yunanları narahat etdi

Ordumuzun qatıldığı təlim yunanları narahat etdi

Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimi Yunanıstanda narahatlığa səbəb olub.

AzerTimes xəbər verir ki, Yunanıstanda yayımlanan Mega TV “Efes-2022” təlimini ölkə üçün təhlükə hesab edib.

“Liviyanın “Şəfəq” hərbi gəmisi təlimlərdə iştirak etmək üçün Türkiyəyə gəlib. Bu, açıq-aydın bir çağırışdır. Türkiyənin 4-cü qazma gəmisi Krit sahillərində kəşfiyyat işləri apara bilər. Liviya Krit sahillərini Türkiyə dəniz sərhədləri daxilində hesab edir. Qazma işlərinin aparılması bölgənin sahibinin kim olduğunu göstərir. Türkiyə Kritdə qazma işləri apararsa, Yunanıstan suverenliyini itirə bilərik” – məlumatda bildirilib.

Qeyd edək ki, “Efes-2022” təlimində Azərbaycan Ordusunun hərbçiləri də iştirak edir.

Teqlər: