Ordumuzun mövqeləri sutka ərzində 24 dəfə atəşə tutulub

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan
ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən
ordumuzun Goranboy, Tərtər, Ağdam və Xocalı rayonları
istiqamətlərində yerləşən mövqeləri sutka ərzində müxtəlif çaplı
atıcı silahlardan istifadə edilməklə 23 dəfə atəşə tutulub.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, bundan başqa Ermənistan silahlı qüvvələrinin
bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış
məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər
rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən
mövqelərini atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab
tədbirləri görülüb.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından
itki yoxdur.

Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti
bölmələrimizin tam nəzarəti altındadır.

Teqlər: