Xəbər verdiyimiz kimi, bu gün saat 17:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
AzerTimes xəbər verir ki, Ordumuzun cavab tədbirləri nəticəsində qanunsuz erməni silahlı dəstənin bir üzvü yaralanıb.
Erməni mediası onun həyatı üçün heç bir təhlükə olmadığını yazıb.