Türkiyə öz ordusunu gücləndirməkdə güzəştə getməyəcək.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz Hərbi Dəniz Qüvvələri baxımından yaxşı mövqe tutmuşuq. Quruda da yaxşıyıq. Hazırda biz NATO ölkələri arasında Quru Qoşunlarının sayına görə beşinci yerdəyik. Xüsusi Təyinatlı Qüvvələrimiz xüsusilə yüksək səviyyədədir. Biz bu məsələlərdə güzəştə gedə bilmərik. Ölkəmiz gələcəkdə, haqqında danışdığımız türk əsrində daha da güclü olmağa hazırlaşır. Bölgədə baş verən hadisələri görürsüz. Biz güclü olmalıyıq”, – Ərdoğan qeyd edib.