Ordumuza “təcavüzkar” yazan nankor Göyüşov…

Ordumuza “təcavüzkar” yazan nankor Göyüşov…

Bu sözlər Altay Göyüşova aiddir. O Altaya ki, babalarının qəbri 29 il erməni işğalında olub, babalarının torpaqları 29 il erməni təcavüzü altında qalıb. 29 il Ağdam düşmən işğalında yerlə yeksan edilib. İndi getsə, babalarının qəbrini belə tapa bilməz, çünki o qəbirlər də təcavüzə məruz qalıb.

AzerTimes xəbər verir ki, bu sözləri tarixçi alim, tanınmış ziyalı Zaur Əliyev qeyd edib.

“Demək, Qərbdə təkcə yaxşı maaş vermirlər, insanları alim olmaqdan, adam olmaqdan da yaxşı çıxardırlar. Olsun, Altay Göyüşov. Amerikada sən dalını isti yerə qoyub oturanda Ağdam uğrunda, sənin babalarının torpaqları uğrunda Azərbaycan əsgəri can qoyurdu ki, ölənlərinin qəbri ayaq altında qalmasın….

Haram olsun sənə, sadəcə haram!

Ömrü boyu orda qalmayacaqsan ki! Bir gün dönəcəksən bu torpağa. Onda ayağın altından torpaq qaçanda biləcəksən ki, bu, sözlərinə, təcavüzkar Ermənistanı dəstəkləməyinə görədir”.

Qeyd edək ki, Altay Göyüşov əsgərlərimizin şəhid olmasına, hərbi infrastuktura ziyan dəyməsinə səbəb olan Ermənistanın təxribatına cavab olaraq Ordumuzun zərbə endirməsi haqda bu sözləri yazıb:

“Şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq qınayıram”.

Teqlər: