Ordumuz Zod istiqamətinə əlavə canlı qüvvə yığır?

Ordumuz Zod istiqamətinə əlavə canlı qüvvə yığır?

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikasının cəmləşdirilməsi ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.

AzerTimes xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Qarşı tərəf bu cür dezinformasiyalar yaymaqla öz təxribatlarına haqq qazandırmağa çalışır”, – MN-in məlumatında deyilir.

Teqlər: