Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən zərbə PUA-larının tətbiq edilməsi ilə bağlı yayılan məlumatlar növbəti dezinformasiyadır.
Bu barədə AzerTimes-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
“Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd olunub.