Ordumuz Zəngəzura girir? – ABŞ-dan açıqlama

Ordumuz Zəngəzura girir? – ABŞ-dan açıqlama

ABŞ dövlət katibi Entoni Blinken amerikalı qanunvericilərə Azərbaycanın Ermənistana hücum ehtimalı barədə açıqlama verməyib, bu, düzgün deyil və heç də reallığı əks etdirmir.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Bakıdakı səfirliyindən Report-a məlumat verilib.

“Bu məqalədəki ifadələr qeyri-dəqiqdir və dövlət katibi Blinkenin amerikalı qanunvericilərə dediklərini heç bir şəkildə əks etdirmir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Avropanın “Politico” nəşri Amerika diplomatiyasının rəhbərinin konqresmenlərlə görüşündə guya Azərbaycanın Ermənistana mümkün hücumu barədə xəbərdarlıq etdiyi barədə məqalə dərc edib.

Teqlər: