Azərbaycan Ordusunda 2023-cü ilin hazırlıq planına uyğun olaraq silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər keçirilir.
AzerTimes xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bütün hərbi hissələr silah və texnikanın payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək üçün mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilir.
Keçirilən kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtgü materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilir, o cümlədən elektrik və hidravlik sistemlərinin istismara yararlılığı yoxlanılır.