Belə soyuq havada aksiyada iştirak edənlər əsl vətənpərvərlər və bizim qəhrəmanlarımızdır. İşğal illərində ermənilər tərəfindən Azərbaycan təbiətinə ciddi ziyan vurulub, təbii sərvətlərimiz vəhşicəsinə talanıb. Artıq buna dözmək olmaz. Aksiya iştirakçıları başa salırlar ki, bu torpaqların sahibləri geri qayıdıb və talana, ətraf mühitin çirkləndirilməsinə son qoyulmalıdır.
AzerTimes xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev mediaya geniş müsahibəsində deyib.
O bildirib ki, aksiya iştirakçılarına qarşı sülhməramlılar və yaxud separatçılar tərəfindən təxribat ehtimalı azdır:
“Azərbaycan Ordusu ordadır və bunu edənlər ağır cavab ala bilər. Aksiyaçıların tələbləri yerinə yetirilməli, Ermənistan Azərbaycanla sülh sazişi imzalamalıdır. Ermənistan ermənilərin Qarabağda qalıb yaşamasını istəyirsə, onların Azərbaycanın yurisdiksiyasına qayıtmasına kömək etməlidir”.